top of page
About Top

Haqqımızda Ətraflı Məlumat

RS Group Design, təsis olunduğu gündən etibarən gəmilərdə və üzən qurğularda ixtisaslaşmışdır və mütəmadi olaraq tərəfdaş şirkətlərlə fəaliyyətini davam etdirir. Sertifikatlı mütəxəssis heyəti ilə və yüksək standartlara malik avadanlıqlarla sektorun müəyyən sahələrində xidmət göstəririk. Gəmiçilik sektorunda şirkətin xidmətlərini aşağıdakı kimi bölmək olar:
 

- Gəminin mexaniki, elektrik, gövdə sahələrində qüsur aktlarının tərtib edilməsi, təmir işlərinin görülməsi və müvafiq təsnifat cəmiyyətlərinə təhvil verilməsi;
 

- Gəmi mexanikası və hidravlik qurğuların təmiri, tənzimlənməsi;
 

- Əsasən enerji təchizatı, siqnal ötürücüləri, qoruyucu vasitələr, yanğın xəbərdarlıqları və digər avtomatlaşdırma avadanlıqlarının gəmi avtomatlaşdırmanın muayinə edilməsi və yoxlanılması;

- Gəmi gövdəsinin metal konstruksiyalarının qalınlıqlarının ölçülməsi;

- Gəmi texniki layihə sənədlərinin hazırlanması;

- Gəmilərin təmiri prosesi, tərəfdaş şirkətlərlə əməkdaşlığın davam etdirilməsi, gəminin üzən dokda təmirinin təşkili və sənədləşmə xidmətləri.

RS Group Design, mühərriklər, nasos avadanlığı, qaldırıcı mexanizmləri, gəmi idarəetmə mexanizmləri və digər mexaniki avadanlıqlar da daxil olmaqla gəmi təmiri xidmətləri təklif edir.

 

 

 

Anchor 4

"Dəniz Xidmətindən Daha Çoxu"

"RS GROUP DESIGN" MMC olaraq, yeni layihələr həyata keçirərkən sizə davamlı, zəmanətli və səmərəli xidmətlər göstərməyi öhdəmizə götürürük.

"RS GROUP DESIGN" MMC olaraq, yeni layihələr həyata keçirərkən sizə davamlı, zəmanətli və səmərəli xidmətlər göstərməyi öz öhdəmizə götürürük.

Əlaqə

bottom of page